Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlandı

17 Aprel 2018 23:10 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Məmmədli İbrahim Nadir oğlu General Şıxlinski küçəsində naməlum şəxsin hücumuna məruz qalıb.

O, döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.