APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, insident Xolqarabucaq kəndində baş verib. Məlumata görə, kütləvi dava Xolqarabucaq və Salyanın Şorsulu kənd sakinləri arasında olub. Dava zamanı 3 nəfər bıçaq xəsarəti alıb. Yaralılar Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisənin təfərrüatları və səbəbləri müəyyənləşdirilir.
AzNews.az