32 yaşlı kişi “Range Rover”lə oğlunu öldürdü - Bakıda

18 Aprel 2018 11:46 (UTC+04:00)

“Report”un xəbərin görə, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində 1986-cı il təvəllüdlü Adil İsmayılov yaşadığı həyətdə idarə etdiyi “Range Rover” markalı maşını arxaya verən zaman 4 yaşlı oğlu Ayxanı vurub.

Ayxan İsmayılov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az