Kastrolar hakimiyyətdən gedir - Kubada ilk

18 Aprel 2018 14:24 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 60 il boyunca ölkəni idarə edən Kastrolar sabahdan etibarən vəzifədən gedir. Kuba inqilabının lideri Fidel Kastrodan sonra prezident olan Raul Kastro vəzifəsini prezident köməkçisi Migel Diaz-Kanelə verəcək.

İkinci 5 illik hakimiyyətdən sonra Raul Kastro prezidentlikdən gedəcək.

1959-cu ildən etibarən, yəni Kuba respublikasının qurulmasından sonra ilk dəfədir ki, prezident Kastro soyadı deyil, başqa soyad daşıyacaq.