Tramp, Pompeo ilə Kim Çen Inın görüşündən yazdı

18 Aprel 2018 15:26 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Tramp Twitter-də yazıb.

"Mayk Pompeo ötən həftə Şimali Koreyada ölkənin rəhbəri Kim Çen Inla görüşüb. Görüş yaxşı keçib. Eyni zamanda gələcək görüşün (Donald Trampla Kim Çen Inın) detalları müzakirə olunub", deyə Tramp yazıb.

Qeyd edək ki, Pompeo ilə Kim Çen Inın görüşü aprelin 1-də baş tutub.