Ər arvadını bıçaqladı

19 Aprel 2018 09:00 (UTC+04:00)

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Nuriyeva Validə Əliabbas qızı ailə münaqişəsi zəminində əri tərəfindən bıçaqlanıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az