Əbülfəs Qarayev Bakıdan getdi

14 Mart 2013 09:33 (UTC+04:00)



Bu dəfə nazir rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Səudiyyə Ərəbistana səfər edib.
Nazirlikdən AzNews.az-a verilən məlumata görə, səfərin məqsədi Mədinə şəhərinin 2013-cü ildə İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etməkdir. Səfər çərçivəsində Ə.Qarayev Səudiyyə Ərəbistan Krallığı Mədəniyyət və informasiya naziri Əbdüləziz bin Muhyiddin Xuca ilə görüşü nəzərdə tutulur.

Bahar Rüstəmli
AzNews.az