3 ayda Azərbaycanda 7 ana ölümü olub

19 Aprel 2018 14:14 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu barədə Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova bildirib.

Onun sözlərinə görə, bu il baş vermiş ana ölümləri ilə bağlı 12 nəfərə töhmət verilib, 1 nəfər həbs edilib.

S. Məmmədova qeyd edib ki, 2017-ci ildə 20 ana ölümü faktı qeydə alınıb, 50-dən çox tibb işçisi barəsində inzibati tənbeh tədbiri görülüb.

AzNews.az