Orxan qadınları xaricə satırmış - Kiyevdə tutuldu

19 Aprel 2018 14:31 (UTC+04:00)

"Report"un əldə etdiyi məlumata görə, rayon məhkəməsi 1990-cı il təvəllüdlü Abbasov Orxan Əfqan oğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

O.Abbasov Ukraynadan xaricə kütləvi şəkildə qadın eskort etməkdə ittiham olunur. O isə irəli sürülən ittihamla razılaşmayaraq, hüquqi yardım tələb edib.

AzNews.az