Ərdoğan Çin lideri ilə Suriyanı müzakirə etdi

19 Aprel 2018 16:00 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, iki lider bir sıra məsələləri, o cümlədən Suriya problemini müzakirə ediblər. Ərdoğan bildirib ki, o, kimyəvi silahların istifadəsinə qarşıdır və Suriyanın ərazi bütövlüyünü dəstəkləyir.

Liderlər daha sonra terrorla birgə mübarizənin əhəmiyyətindən danışıblar.