AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.
Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu söyləyən Rusiya XİN rəsmisi iki ölkə arasında iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrin inkişafından danışıb: "Bu əməkdaşlığın əsasında bərabərhüquqluluq prinsipi, mehriban qonşuluq, çoxəsrlik dostluq dayanır. İki ölkə arasında dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində qarşılıqlı sərfəli, etibarlı əlaqələr mövcuddur".
Zaxarova jurnalistin Azərbaycandan olan deputatların Skripal məsələsi ilə əlaqədar mövqeyinə dair sualına cavabında bildirib:
"Sizin dediyiniz mövqe, təxribat haqqında sözlər tamamilə Rusiyanın mövqeyini əks etdirir. Biz çox şadıq ki, məsələlərə müasir dünyada, o cümlədən Azərbaycanda obyektiv baxış mövcuddur".