AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Suluçeşmə kəndində qeydə alınıb.
Belə ki, hələlik məlum olmayan səbəbdən baş verən dava zamanı kənd sakini, 1976-cı il təvəllüdlü Muradov Yusif Qeys oğlu xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib və ona ilkin tibbi yardım göstərilib.
Y. Muradovun dediyinə görə, onu tanıdığı şəxslər döyüb.