AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, daha çox məhsul götürmək üçün yeni sort sarımsaq əkdilər, nəticə əksinə oldu.
Belə bir vəziyyətlə Salyan rayon Yolüstü kənd sakinləri üzləşiblər. Fermerlərin ötən il İrandan alaraq gətirdikləri yeni sarımsaq növü özünü doğrultmayıb. Məlum olub ki, bu sarımsaqlar inkişaf etdikcə onun torpaq altında olan soğanağındakı dənələrin sayı qədər üzərində gövdələr də əmələ gəlir. Bu isə gələcək məhsuldarlığın kəskin azalması deməkdir.
Yerli sortlarda isə bundan fəqli olraq torpaq altında olan dənələrin sayı nə qədər çox olsa belə bunlar hamısı bir gövdə altında inkişaf edərək yetişir. İrandan gətirilmiş sarımsaqların məhsuldarlıq və keyfiyyətinin yerli sortlara nisbətən aşağı olması fermerləri çıxılmaz vəziyyətdə qoyub.
Üstəlik xarici toxumların hər kiloqramına yerli sortlarla müqayisədə 1 manat çox - 5 manat 50 qəpik pul ödənilib. Təkcə Yolüstü kəndində 10 hektara yaxın ərazidə xaricdən gətirilən toxumdan istifadə edilib. Digər kənd sakinlərinin də bənzər problemlə üzləşdiyi bildirlir.
Videomaterialı sizə təqdim edirik: