Azərbaycan nefti bahalaşdı

19 Aprel 2018 23:22 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,54 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 18-də 69,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,69 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 18-də 73,42 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,57 dollar/barel çoxdur.