89 konqresmen Ərdoğana müraciət etdi

14 Mart 2013 10:38 (UTC+04:00)
ABŞ Konqresinin üzvləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana sionizmlə bağlı sözlərini geri götürməsi üçün məktub yazıb. APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, Konqresin 89 üzvü tərəfindən Türkiyənin Vaşinqtondakı səfirliyinə göndərilən məktubda baş nazirin sionizmlə faşizmi bir tutan sözlərini geri götürməsi tələb olunub. Məktubda Türkiyə ilə İsrail arasındakı tarixi dostluq və ticarət əlaqələrinin əhəmiyyəti, eyni zamanda iki dövlət arasında əlaqələrin nizamlanmasının vacibliyi də qeyd edilib.

Qeyd edək ki, Türkiyənin baş naziri Avstriyanın paytaxtı Vyanada keçirilən Beşinci Mədəniyyətlər İttifaqı forumunda sionizmin insanlığa qarşı cinayət olaraq sayılmasının vacibliyini ifadə edib.

AzNews.az