“Formula-1”lə bağlı iki xəstəxana ayrılıb

20 Aprel 2018 15:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, nazirlikdən APA-ya bildirilib ki, əmrə əsasən, ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyası Mərkəzi Neftçilər Xəstəxanasında və Bakı şəhər Kliniki Tibbi Mərkəzdə təşkil ediləcək.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə nümayəndə heyətləri üçün ayrılmış mehmanxanalarda və iaşə müəssisələrində sanitariya-gigiyena qaydalarına əməl olunması ciddi nəzarət etmək tapşırılıb.