Türkiyədə növbədənkənar prezident seçkilərinin vaxtı məlum oldu

20 Aprel 2018 18:25 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Türkiyə Böyük Millət Məclisində növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təklif səsverməyə çıxarılıb.

Ərdoğan deyib ki, Baxçalı ilə erkən seçki kampaniyasına müsbət yanaşma barədə razılığa gəlinib:

"İyunun 24-də erkən seçim etmək qərarına gəldik. Bu qərarın ölkəmiz, millətimiz və tərəflərimiz üçün xeyirli olmasını diləyirəm. Biz hüquqi prosesi dərhal başlamışıq".

Təklif parlamentdə 386 səslə qəbul edilib.

Beləliklə, bu il iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Təklifin müəllifləri Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasıdır.