Deputat adam güllələdi

14 Mart 2013 10:55 (UTC+04:00)



Bu gecə Rusiyanın Krasnoyarsk vilayətində atışma olub.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki,
Krasnoyarsk vilayətindən seçilmiş deputat Vladimir Xudorenko bu gecə bağında evinə basqın edən oğruya atəş açıb.

Belə ki, martın 13-dən 14-ə keçən gecə Rusiya Daxili İşlər Nazirliyinə deputatın evində atışma ilə bağlı xəbər daxil olub. Oğru, deputat tərəfindən müdafiə zəminində güllələnib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağır olaraq qalır.

Deputatın sözlərinə görə, o evində istirahət etdiyi vaxt pəncərəsinin naməlum şəxslər tərəfindən qırıldığını və evə oğruların basqın etməsindən şübhələnərək, müvafiq tədbirlər görməyə başlayıb. Hadisədə bir nəfəri ölümcül yaralayıb.

Hazırda hadisə yerində müvafiq istintaq işləri aparılır. İstintaqın nəticələrinin bir neçə gündən sonra bəlli olacağı deyilir.

Aynur Hüseynova
AzNews.az