Məşhur DJ Avicii dünyasını dəyişdi

20 Aprel 2018 22:03 (UTC+04:00)

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, Avicii ləqəbi ilə tanınan superulduz Tim Bergling 28 yaşında vəfat edib.

Hələlik ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, Bergling səhhətində yaranan problemlərə görə 2016-cı ildən bəri canlı konsertlərdə çıxış etmirdi.

Onda kəskin pankreatit olduğu bildirilirdi.