200 minlik dələduzluq edən şəxs apellyasiya şikayəti verdi

21 Aprel 2018 10:43 (UTC+04:00)

"Report"un xəbərinə görə, Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.

Qeyd edək ki, E.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. İttiham aktına əsasən, o, Bakıda 3 nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib.

E.babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

AzNews.az