Əfqanıstanda daha bir partlayış - 5 nəfər öldü

21 Aprel 2018 11:17 (UTC+04:00)

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, hadisə Nanqarhar əyalətinin Hasaki Mine rayonunda qeydə alınıb.

Belə ki, dinc sakinləri daşıyan avtomobilin keçdiyi vaxtda yol kənarına yerləşdirilən partlayıcı qurğu işə düşüb, nəticədə 5 nəfər ölüb, 14-ü yaralanıb.

Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

AzNews.az