Etiraz dalğası Ermənistanın daha bir şəhərinə yol tapdı

21 Aprel 2018 14:30 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Mərkəzi küçələri bağlayan etirazçılar hökumət əleyhinə müxtəlif şüarlar səsləndirir, sakinləri aksiyaya qoşulmağa çağırır.

“Eçmiadzin polisi vəziyyətə nəzarət edir. Nümayişçiləri ictimai asayışı pozmamağa, aksiyanı qanun çərçivəsində keçirməyə çağırırıq”, -deyə polis idarəsinin bəyanatında deyilir.

Paralel olaraq Gümrü və Vanadzor şəhərlərində də Sarkisyanın baş nazir təyin olunmasına qarşı aksiyalar keçirilir. Toqquşmaların və ya saxlanılanların olmadığı bildirilir.