Sumqayıtda iki gənc idmançı itkin düşüb - 4 gündür xəbər yoxdur + Fotolar

21 Aprel 2018 15:40 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar günorta saat 1 radələrində dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar.

Həmin gündən sonra onlardan bir daha xəbər alınmayıb.

İki idmançının itkin düşməsi barədə aidiyyatı qurumlara məlumat verilib. Lakin, 4 gündür aparılan axtarışlardan nəticə əldə olunmayıb.