Güclü yağış maşınlara mane oldu - Foto

21 Aprel 2018 20:21 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, güclü yağış, əsasən Goran dairəsi adlanan ərazidən Naftalan, Tərtər, Bərdə və digər rayonlar istiqamətində olan yollarda problemə səbəb olub.

Yağışdan sonra Goran ərazisindəki körpünün ətrafında gediş-gəliş iflic olub. Bəzi sürücülər mühərrikin sıradan çıxmasından ehtiyatlanaraq, sel sularının olduğu yoldan geri qayıdaraq, alternativ yollardan istifadə etmək məcburiyyətində qalıblar.

Rayon ərazisində güclü yağış 1 saata yaxın davam edib.

AzNews.az