20 yaşlı qız dəm qazından zəhərləndi

21 Aprel 2018 21:00 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qızılhacılı kənd sakini, 20 yaşlı Nərgiz adlı qız dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, gənc qız yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

AzNews.az