Bakıdan rayona işləməyə gedən usta...

21 Aprel 2018 22:33 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Fazil İbrahimov usta kimi çalışdığı Göygöl rayonunda dəmir kəsən zaman ehtiyatsızlıq nəticəsində yıxılıb. Müxtəlif bədən xəsarətləri alan F. İbrahimov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az