Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

21 Aprel 2018 23:20 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Veyisli kəndində baş verib. Yolu keçmək istəyən kənd sakini, 1962-ci il təvəllüdlü Tağıyev Arif Cəlil oğlu hələ ki, markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Xəsarət alan A. Tağıyev xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisəni törədən sürücü avtomobillə hadisə yerindən qaçıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az