İmişlidə toya gedən 2 ailə yol qəzasına düşdü - Yaralılar var

22 Aprel 2018 15:12 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında İmişli şəhərində, Şəhidlər Xiyabanı yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşma təhlükəsi ilə üzləşib. Bu səbəbdən sürücü maşını yolun kənarına çıxarıb.

Hadisə zamanı "Mercedes"də olan İmişli sakinləri: - 1972-ci il təvəllüdlü Nüşabə Mecdin qızı Fərmanova və qızı - 2002-ci il təvəllüdlü Aysel İnqilab qızı Fərmanova, 1979-cu il təvəllüdlü Aynurə Atakişi qızı Quliyeva və övladları: - 2008-ci il təvəllüdlü Ülvi Mahir oğlu Quliyev və 2002-ci il təvəllüdlü Səbinə Mahir qızı Quliyeva aldıqları yüngül bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra yaralılar ambulator müalicəyə göndərilib. Qeyd edək ki, xəsarət alanlar toy mərasiminə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.