Aİ Ermənistanda aksiyada saxlanılanların azad edilməsini tələb edib

22 Aprel 2018 19:26 (UTC+04:00)

AzNews.az Tass-a istinadən xəbər verir ki, bu barədə bu gün Aİ-nin xarici siyasət xidmətinin mətbuat xidmətinin rəhbəri Mayi Kosnyançiçin yaydığı bəyanatda əksini tapıb.

Son məlumata əsasən, Ermənistan hüquq-mühafizə orqanları keçmiş prezident Serj Sərkisyanın baş nazir postunu tutmasına etirazla bağlı bu gün keçirilən aksiyada iştirak edənlərdən 228 nəfəri saxlayıb. Qarşıdurmalar zamanı 7 nəfər xəsarət alıb.