AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bəyanat prezidentin rəsmi saytında dərc edilib.
“Ölkəmizdəki proseslər təhlükəli həddə çatıb, bu çox ciddi fəsadlarla nəticələnə bilər. Təəssüf ki, ötən gün əldə olunan razılaşma və danışıqlar pozulub. Dialoq vəziyyətin sabitləşməsinə və gərginliyin azaldılmasına gətirib çıxara bilərdi”, - deyə Ermənistan prezidenti qeyd edib.
Xatırladaq ki, Serj Sarqsyanın baş nazir seçilməsi ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb.