“Real Madrid“ azarkeşi olması ölümlə nəticələndi
14 Mart 2013 12:04 (UTC+04:00)
Trend-in cümə axşamı verdiyi məlumata görə, hadisə İraqda baş verib.
Gənclərdən biri "Barselona" azarkeşi olduğu halda digəri isə "Real Madrid"in azarkeşi olub. Hadisə nəticəsində Kataloniya klubunun azarkeşi dostunun boğazını kəsməklə onu amanslzlıqla qətlə yetirib. Yaxınlıqda olan şəxslər cinayətkarı yaxalayaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil veriblər.
AzNews.az