AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Burkina Fasonun paytaxtı Vaqaduquda park edilmiş iki maşında 5 uşaq ölü halda tapılıb. Polis bir maşında 4, digərində isə 1 uşağın həddindən artıq istidən ölməsini müəyyənləşdirib. Bu, Burkina Fasoda baş verən ilk belə hadisə deyil. Bu ilin 3 ayında 280-dan çox uşaq maşında tək qalaraq həyatını itirib. Maşında qalan uşaqlar ya həddindən artıq istidən, ya da təhlükəsizlik kəmərinin boyunlarına dolanmasından həyatlarından olur.