Gömrük Komitəsinin əməkdaşı ürəyindən bıçaqlandı

24 Aprel 2018 09:00 (UTC+04:00)

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.

Abşeron rayon Saray qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlu naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs Reanimasiya şöbəsində dünyasını dəyişib.

Sücayət Əsgərov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

AzNews.az