Atatürkün xanımından ayrılıq səbəbi

14 Mart 2013 14:10 (UTC+04:00)



2-ci prezident İsmət İnönünün qızı Özden İnönü Toker Atatürk və xanımı Lətifənin evliliklerinin davam etməməsinin səbəbindən danışıb: "Lətifə xanım Atatürkü bir vətən qurtaran kimi görürdü. Atatürk də onu idealındakı müasir türk qadının olaraq görürdü. Amma iki idealın bir evdə yaşaması çox çətindir".

Atatürkün İnönü ailəsinə çox yaxın olduğuna diqqəti çəkən Özden İnönü Toker xatirələrindən danışıb: "Biz İstanbula gedəndə anamız Lətifə xanımın əlini öpməyə aparırdı. Atatürkün xanımı olaraq həmişə hörmət görüb. İnsanlar maraqlanır ki, onların evliliyi niyə davam etmədi. Atatürkün xoşbəxt evliliyinin olacağını güman edirdilər. Anam Lətifə xanımı çox bəyənirdi. Son dərəcə bilikli, mədəniyyətli, bir neçə dil bilən, müasir həyata hazır bir qadın idi. Amma iki ideal insan kimi yaşamaq ayrı şey, ər-arvad olmaq başqa şeydir".

Elnarə Əlosmanqızı
AzNews.az