I rübdə qiymətli kağızlar bazarında aparılan əməliyyatların dəyəri? - Milyardlıq əməliyyatlar

24 Aprel 2018 18:35 (UTC+04:00)

AzNews.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, əməliyyatların 48%-i (3 mlrd. manat) ilkin bazarda, 52%-i (3.2 mlrd. manat) isə təkrar həyata keçirilib.

Törəmə maliyyə alətləri üzrə 2,6 mlrd. manat həcmində əməliyyat baş tutub ki, onun da 90%-i (2,3 mlrd. manat) valyuta əsaslı fərq müqavilələrin payına düşür.

2018-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 79 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 215 mln. manat (56%-i və ya 120 mln. manat Mərkəzi Bankın notları ilə) olub.

Hesabat dövründə ümumilikdə 4.1 mlrd. manat həcmində (36 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.