İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib - Fotolar

25 Aprel 2018 12:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət edib.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

Sonra xatirə şəkilləri çəkdirilib.

Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb.