PA işçiləri üçün daha bir bina tikiləcək

25 Aprel 2018 14:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Oxu.Az-a verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün üç hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.