Daşkəsəndə Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlandı

26 Aprel 2018 22:51 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, 1994-cu il təvəllüdlü Gəncə şəhər sakini Pirverdiyev Nicat Füzuli oğlu Daşkəsən şəhərində bıçaqlanıb.

Qarın nahiyəsindən bir bıçaq yarası alan şəxs xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərindəki xəstəxanaların birinə aparılıb. Özünün bildirdiyinə görə, tanımadığı şəxs tərəfindən küçədə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.