"Abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarif olacaq"

27 Aprel 2018 13:10 (UTC+04:00)

"Report" xəbər verir ki, bunu jurnalistlərə "Azərişıq" ASC-nin “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib.

E.Rüstəmli qeyd edib ki, qanunda bu müddət 15 gün müəyyən edilib:

"Cənab sədrin göstərişi var ki, abunəçinin elektrik enerjisi şəbəkəsinə qoşulması 3 günü keçməməlidir".

"Azərişıq" rəsmisi abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarifin olacağını qeyd edib:

"Hazırda Nazirlər Kabinetində bu məsələyə baxılır. Tezliklə abunəçilərin şəbəkəyə qoşulması üçün məsafədən asılı olmayaraq işlədiləcək hər kVt/saat elektrik enerjisinə görə vahid tariflər müəyyən ediləcək. Bu günə qədər tariflər çəkilən xəttin en kəsiyi, məsafədən asılı idi".

AzNews.az