Gənc qadın 5-ci mərtəbədən yıxıldı - Yenilənib

27 Aprel 2018 16:56 (UTC+04:00)

"Report"un yerli bürosu xəbər verir ki, bu, şəhər sakini, 1991-ci il Nərgiz Cənnət qızı Qasımovadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.

***

16:06

Sumqayıt şəhərində gənc qadın 5-ci mərtəbədən yıxılıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.

Adı hələ ki, məlum olmayan təqribən 20-25 yaşlarında gənc qadın yaşayış binasının 5-ci mərtəbəsindən yerə çırpılıb.

Yaralı ağır vəziyyətdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az