Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılışı oldu

27 Aprel 2018 18:57 (UTC+04:00)

Trend-in məlumatına görə, mərasim dörd ünsür – su, torpaq, od və havanın qarşılıqlı fəaliyyətinə həsr olunub.

Mərasimdə bütün gimnastika növləri üzrə milli komandaların üzvləri və xoreoqrafları iştirak edib.

Qeyd edək ki, Bakıda aprelin 29-dək davam edəcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edir.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

AzNews.az