29 yaşlı qadın qazdan zəhərləndi

27 Aprel 2018 19:19 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xanqərvənd kənd sakini, 1989-cu il təvəllüdlü Salmanova Aytən Ramiz qızı məişət qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, bu gün rayon ərazisində təbii qazın verilişində fasilə yaranan zaman A. Salmanova mətbəxdə istifadə olunan balon qazını işə salıb. Alovun söndüyünü hiss etməyən qadın otağa dolan qazdan zəhərlənib.

AzNews.az