AzNews.az xəbər verir ki, Red Bull pilotu Daniel Rikkardo ikinci sərbəst yürüşlərdə 1:42.795 vaxtla digər pilotlardan daha sürətli olduğunu nümayiş etdirib.
Onun komanda yoldaşı Maks Ferstappen isə ikinci sessiyada da trasda insident yaşayıb. İlk sessiyadakı qədər güclü qəzaya məruz qalmasa da təkərləri divara sürtdü.
Sürücülər əvvəlcə Soft və SuperSoft təkərlərlə trasa çıxıblar, sonra isə UltraSoft təkərlərə keçiblər.
Sabah isə üçüncü sərbəst yürüşlər keçiriləcək. Ardınca isə sıralanma turuna start veriləcək.