Məşhur futbolçudan gözlənilməz qərar - Video

27 Aprel 2018 19:54 (UTC+04:00)

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, karyerası ərzində yalnız bu klubun formasını geyinən 34 yaşlı futbolçu qərarını mətbuat konfransında gözyaşları içində açıqlayıb.

“Bu, mənim “Barselona”dakı sonuncu mövsümümdür. Uzun müddət idi ki, bu barədə düşünürdüm. “Barselona” mənim üçün həmişə dünyanın ən yaxşı klubu olaraq qalacaq. Bu klub sahib olduğum hər şeyi verdi. “Əlvida” demək çox çətindir”.

17 il ərzində “Barselona”da 31 kubok qazanan İnyestanın Çinin “Çunçin Lifan” klubuna transfer olacağı bildirilir.