“Qənimət mənə pul borcludur” - Vidadi İsgəndərli

15 Mart 2013 00:25 (UTC+04:00)


Hüquq müdafiəçisi, bir neçə gün öncə prezidentliyə namizədliyini irəli sürmüş Vidadi İsgəndərli ilə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid arasında yaranmış problem öz əndazəsini aşır. Baş redaktor hüquq müdafiəçisinin tənqidlərinə cavab olaraq onu "meymun" adlandırması vəziyyəti bir qədər də kəskinləşdirib. Bir neçə saat əvvəl Vidadi İsgəndərli Qənimət Zahidi aşağılayan daha bir fikir səsləndirib. O öz facebook səhifəsində baş redaktorun ona borclu olduğunu yazıb. Məsələnin maraqlı olduğunu nəzərə alaraq statusu olduğu kimi nəzərinizə çatdırırıq:

"Mən fb izləmirəm kim nə yazır onu dedilər ki, Qənimətin mənə qarşı caşmağının cavabını doğma qardaşı millətin Mirzə Sakiti tutarlı cavabını verib. Qənimətə yenə deyirəm çaşmasın. Sənin mənə borcın var mənim sənə yoxdur. Bəlkə, açıqlayım? çaşma!!!!!!!!!!!!!!!"

Orxan
AzNews.az