ABŞ Konqresi Trampın Rusiya ilə sövdələşməsinin sübutunu tapmadı

27 Aprel 2018 20:33 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

Eyni zamanda sənəddə Rusiya on illərlə Qərbə qarşı təcavüzkar informasiya müharibəsi aparan ölkə kimi təqdim edilib. ABŞ Demokrat Partiyası komitənin rəyini mənfi qarşılayıb.

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Robert Müller ötən ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.

AzNews.az