92 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq öldü - Bakıda

27 Aprel 2018 21:35 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Yeni Yasamal yaşayış massivində 1926-cı il təvəllüdlü Bağırova Nərgiz Mustafa qızı yaşadığı 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yerə yıxılıb. O, ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az