Bakıda tikilməkdə olan bina yandı

27 Aprel 2018 22:37 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Bakı şəhərinin Qaradağ rayonunda hər mərtəbəsi 320 m2 olan yaşayış binasının (tikintisi başa çatmayıb) 10-cu mərtəbəsində quraşdırılmış taxta qəliblər 50 m2 sahədə yanıb.

Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzNews.az