Yevlaxda iki maşın toqquşdu - Yaralı var

27 Aprel 2018 23:33 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaraoğlan kənd ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qarşıdan gələn "Mercedes-Benz" markalı avtomobillə toqquşub.

Hadisə zamanı bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

AzNews.az