Sumqayıtda maşın yandı

27 Aprel 2018 23:51 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Sumqayıt şəhərində “BMW” markalı minik avtomobilinin mühərriki yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzNews.az